Millimiz dünya çempionatının finalına vəsiqə qazana bilmədi

Millimiz dünya çempionatının finalına vəsiqə qazana bilmədi
Xəbər verdiyimiz kimi, futzal üzrə dünya çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində Tümen şəhərindəki Mərkəzi İdman Kompleksində Rusiya – Azərbaycan oyunu keçirilib. Siasport.az saytının məlumatına görə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Məlumat üçün bildirək ki, millimizin heyətində Serjao və Jadder Dantas fərqlənib.

Beləliklə, iki oyunun nəticəsinə əsasən (Bakıda keçirilən qarşılaşmada Rusiya yığması 3:2 hesabı ilə qalib gəlmişdi) dünya çempionatının final mərhələsinə rusiyalı futzalçılar vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə