Yeni futbol klubu yaradıldı

Astara rayonunda yeni yaradılmış futbol klubu rəsmi qeydiyyatdan keçib. Siasport.az idman portalının verdiyi məlumata görə, yeni klub "Sərhədçi" (Astara) Peşəkar Futbol Klubu adlanır.


Klubun "Sərhədçi" adlandırılması rayonu əvvəllər təmsil etmiş komandanın adının bərpa olunması ilə bağlıdı. "Sərhədçi" I divizionda çıxış etmək niyyətindədi və onun əsas məqsədlərindən biri komandanın tərkibini yalnız yerli gənclərdən formalaşdırmaqdı. Klub hazırda təşkilati işlərlə məşğuldu.


Klubun təsisçisi Astara rayonundan olan iş adamı Ruslan Dadaşovdu. Ruslan Dadaşov 1976-cı ildə Astara rayonunun Balaca Şahağacı kəndində anadan olub. O, 1993-cü ildə Bakı şəhəri S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasını, 1999-cu ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini, 2006-cı ildə Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirib. Bakıda fəaliyyət göstərən bir neçə müəssisənin sahibidi.

Bütün xəbərlər Facebook səhifəmizdə