"Çelsi"nin futbolçusu: "Barselona" yenilməz komanda deyil!"

"Çelsi"nin futbolçusu: "Barselona" yenilməz komanda deyil!"
UEFA Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə qarşılaşacaq İngiltərənin "Çelsi" futbol klubunun futbolçuları, katalon klubunu mübarizədən kənarlaşdıracaqları haqda düşünürlər. Siasport.az saytı xəbər verir ki, "zadəganların" forvardı Mixail Esiyen, Xose Qvardiolanın komandasını mübarizədən kənarlaşdırmaq gücündə olduqlarını və bütün komandanın məhz bu məqsədə yönəldiyini açıqlayıb. "dumanlı albiom"da keçiriləcək ilk qarşılaşma barədə danışan M.Esiyen, "Bu dəfə onların dediyi olmayacaq. Biz var gücümüzlə oynayıb onları mübarizədən kənarlaşdıracayıq. Hər kəs meydanda tam başqa bir "Çelsi" izləyəcək. Unutmayaq ki, "Barselona" yenilməz komanda deyil. Ondan qorxmağa dəyməz. Biz bunu elə ilk qarşılaşmadaca öz oyunumuzla göstərəcəyik"-deyərək fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə