"Milan" Belçika klubunun türkiyəli qolkiperinə "elçi düşüb"

"Milan" Belçika klubunun türkiyəli qolkiperinə "elçi düşüb"
İtaliyanın "Milan" klubu, Belçikanın "Standart" klubunun türkiyəli qolkiperi Sinan Bolatı transfer etməyi planlaşdırır. Siasport.az saytı xəbər verir ki, artıq "Milan"ın menecerləri bu məsələ ilə bağlı belçikalılarla təmasa keçiblər. Təcrübəli Abbiatinin artıq 32-dən çox yaşının olması, Milan təmsilçisini yeni qolkiper axtarışına vadar edib. Belçika çempionatında olduqca uğurla çıxış edən və etibarlı qapıçı kimi tanınan S.Bolatın 2013-cü ilə qədər "Standart"la müqaviləsi var. Türkiyəli əlcək ustasının transferi ilə bağlı Belçika klubunun yaxın iki həftə ərzində italyanlara konkret cavab verəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə