Karlos Tevezdən sonra Mario Balotelli də "qara siyahı"ya düşdü!

Karlos Tevezdən sonra Mario Balotelli də "qara siyahı"ya düşdü!
İngiltərə Premyer Liqasının son qarşılaşmasında "Arsenal"a 0:1 hesabı ilə məğlub olan və bununla da lider "Mançester Yunayted"dən 8 xal geri qalan "Mançester Siti"də vəziyyət olduqca gərgindir. Siasport.az saytı xəbər verir ki, argentinalı Karlos Tevezin ardınca daha bir futbolçu baş məşqçi Roberto Mançinin "qara dəftərinə" düşüb. Belə ki, olduqca intizamsız futbolçu kimi tanınan Mario Balotelli "Arsenal" ilə qarşılaşmada qırmızı vərəqə alaraq oyundan qovulması ilə R.Mançini üçün arzuolunmaz futbolçuya çevrilib. Oyundan sonra jurnalistlərə açıqlama verən R.Mançini, mövsümün qalan oyunlarında intizamsız M. Balotelliyə ilk 11-likdə yer verməyəcəyini açıqlayıb. O, intizamsız futbolçuların nazı ilə oynamağın vaxtının çoxdan keçdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə