Albert Riyera "Qalatasaray"ı tərk edir!

Albert Riyera "Qalatasaray"ı tərk edir!
Komanda yoldaşı Felipo Melo ilə yumruq davasına çıxan və ciddi zədə alan ispaniyalı Albert Riyera "Qalatasaray"ı tərk etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, mövsümün əvvələrində Yunanıstan "Olimpiakos"undan icarə əsasında "Qalatasaray"a transfer olunan ispaniyalı futbolçu, baş verən son proseslərdən sonra, İstanbul klubunu tərk etməyi qəti şəkildə qərara alıb.

Türkiyə mətbuatı yazır ki, dünəndən bəri vətənində səfərdə olan A.Riyera, keçmiş komandası "Espanyol"a qayıtmaq üçün bu klubun rəsmiləri ilə meneceri vasitəsi ilə danışıqlara başlayıb. Spor3.com saytı xəbər verir ki, meneceri ilə birgə "Espanyol" rəsmiləri ilə görüşən A.Riyera, futbolçu koryerasını da bu klubda başa vurmağı planlaşdırır

Bütün xəbərlər Facebook səhifəmizdə