Pəhləvanlar Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda yarışacaq
Aprelin 25-28-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında beynəlxalq turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, İran, Belarus, İsrail, Qazaxstan, Özbəkistan, Türkmənistan və Rumıniya güləşçilərinin iştirakı gözlənilir.
Məlumat üçün bildirək ki, turnirin proqramına əsasən, aprelin 25-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 26-də yunan - Roma güləşi üzrə gənclər, 27-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 28-də isə, sərbəst güləş üzrə gənclər mübarizəyə qoşulacaq. Rəsmi açılış mərasimi 25 aprel 2012-ci il, saat 17.00-da baş tutacaq.
Qeyd edək ki, qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB