Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş gənclər arasında boks üzrə beynəlxalq turnirə yekun vurulub. Boks Federasiyasının mətbuat katibliyindən Siasport.az saytına verilən xəbərə görə, Azərbaycan milli komandası yarışda 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub.
Qeyd edək ki, 81 kq çəki dərəcəsində mübarizə aparan gənclər arasında Avropa çempionu Rauf Rəhimov finalda Qazaxıstan boksçusu Denislam Abdeşevi məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Orxan Mayıllı (75 kq) isə yalnız finalda qazaxıstanlı Daulet Bayqabatova uduzaraq, 2-ci yerə layiq görülüb. 49 kq çəki dərəcəsində yarışan Ceyhun İbrahimli isə Anapadan vətənə bürünc medalla dönüb.
Məlumat üçün bildirək ki, ümumilikdə 12 ölkənin boksçularının iştirak etdiyi yarışda Azərbaycan ümumkomanda hesabında 5-ci yeri tutub. Rusiya 1-ci, Özbəkistan 2-ci, Qazaxıstan isə 3-cü yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB