Joze Alesio Da Silva: “Cavab oyunu daha maraqlı olacaq” – Münasibət

Joze Alesio Da Silva: “Cavab oyunu daha maraqlı olacaq” – Münasibət

Tümen şəhərindəki Mərkəzi İdman Kompleksində futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva və komandanın üzvü Vitali Borisovun iştirakı ilə mətbuat konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, bu gün Rusiya millisi ilə keçiriləcək oyun öncəsi fikirlərini səsləndirən Da Silva komandanın qələbə qazanacağına ümid etdiyini bildirib: "Sabahkı oyun hər 2 komanda üçün ciddi sınaq olacaq. Bakıdakı qarşılaşmada komandalar bir-birinə qarşı necə oynamağı yoxladılar. Zənnimcə, cavab görüşü daha maraqlı olacaq.

İlk oyunda komandamızın çıxışından razı qaldım. Çünki biz çox güclü rəqibə, Avropanın vitse-çempionuna qarşı oynadıq. Fikrimcə, hazırda Rusiya yığması təkcə Avropanın yox, dünyanın da ən güclü komandalarındandır. Ancaq təbiiki, nəticədən razı qala bilmərəm. Çünki Bakıda lazımi nəticə qazana bilmədik. Evdə güclü azarkeş dəstəyi olsa da, uduzduq. Sabah həmin məğlubiyyətin revanşını almağa çalışacağıq. Buna nə dərəcədə nail olmağımızı isə oyun göstərəcək. Hər halda, biz bura qələbə qazanmaq üçün gəlmişik. Ümid edirəm ki, həm yaxşı oyuna, həm də nəticəyə nail olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə