Ridvan Dilmən Fatih Terimi qınadı

Ridvan Dilmən Fatih Terimi qınadı
"Manisaspor"la keçirilən dünənki qarşılaşmada "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin, rəqibin qapısına təyin olunan penaltini qapıçı Fernando Musleraya həvalə etməsi, Türkiyə mətbuatında və idman ictimaiyyətində ciddi rezonans yaradıb. Siasport.az saytı xəbər verir ki, qardaş ölkədə hesab edirlər ki, baş məşqçinin yüksək liqanı tərk edən bir komandanın qapısına təyin olunan penaltini qapıçıya həvalə etməsi, əxlaqi və mənəvi baxımdan yolverlməz addımdır.

Türkiyənin "NTV" kanalının "NTV Spor" proqramının futbol şərhçisi olan Ridvan Dilmən, "imperator"un bu hərəkətini ciddi tənqid edərək, belə bir addımın F.Terimə yaraşmadığını açıqlayıb. Ötənlərin məşhur futbolçusu bildirib ki, dünənki addımı ilə F.Terim bəlkə də öz koryerası boyu ən ciddi səhvinə "imza atıb".

Bütün xəbərlər Facebook səhifəmizdə