Samuel Eto: "Mən "Anji"yə pul üçün gəlməmişəm"

Samuel Eto: "Mən "Anji"yə pul üçün gəlməmişəm"
Hazırda Rusiyanın "Anji" futbol klubunda çıxış edən kamerunlu Samuel Eto, Mahaçqala klubuna pul üçün gəlmədiyini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, keçən il İtaliya "İnter"indən böyük transfer qiyməti ilə "Anji"yə gələn kamerunlu ulduz futbolçu, hazırda bu komandadan illik 20 milyon avro qazanır. 31 yaşlı S.Eto bildirib ki, onun pula ehtiyacı yoxdur və Rusiya klubuna gəlməklə daha çox Afrikadakı gənclərə dünyanın hər yerində yaxşı pul qazanmaq şanslarının olduğunu göstərməyə çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə