Fatih Terim Felipo Melo və Albert Riyera haqqında danışdı

Fatih Terim Felipo Melo və Albert Riyera haqqında danışdı
Bir neçə gün bundan əvvəl təlim məşq prosesində sözləri çəpləşən və soyunub-geyinmə otağında yumruqlaşaraq böyük qalmaqala səbəb olan "Qalatasaray"ın iki futbolçusu Felipo Melo və Albert Riyeranın klubdakı talelərinə yaxın günlərdə aydınlıq gələcək. Siasport.az saytı xəbər verir ki, soyunub-geyinmə otağında A.Riyeranı yumruq zərbələrinə "qonaq edən" braziliyalı futbolçu, ona ağır bədən xəsarətləri yetirib. Dünən "Manisaspor"la keçirilən qarşılaşmadan sonra jurnalistlərlə söhbət edən baş məşqçi Fatih Terim bildirib ki, hazırda A.Riyera müalicə üçün İngiltərəyə yollanıb və yaxın günlərdə İstanbula qayıdacaq. F.Melo isə müvəqqəti olaraq heyətdən uzaqlaşdırılıb. "İmperator" yaxın günlərdə hər iki futbolçunun durumu ilə bağlı qərar veriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə