Dünən Türkiyə Superliqasında 34-cü turun sonuncu qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, cümə günü keçirilən qarşılaşmada "Beşiktaş" səfərdə "Karabükspor"un müqavimətini qıra bilməyib və tərəflər meydandan 1:1 hesablı nəticə ilə ayrılıblar. "Trabzonspor", səfərdə "Orduspor"un müqavimətini qıra bilməyib və tərəflər meydandan qolsuz heç-heçə ilə ayrılıblar. "Kayserispor" isə artıq superliqa ilə vidalaşan "Ankaragücü"nü 5:0 hesabı ilə darmadağın edib. "Fənərəbaxça" isə "Antalyaspor"u 2 cavabsız qolla keçib. Superliqanın hazırkı lideri olan "Qalatasaray" isə birinci dəstəyə yuvarlanan "Manisaspor"u 4:0 hesabı ilə darmadağın edib. Qarşılaşmada ciddi rezonansa səbəb olan hadisə, baş məşqçi Fatih Terimin göstərişi ilə qapıçı Fernando Musleranın təyin olunan penaltini yerinə yetirməsi olub. Meydan sahibi komandanın futbolçularının və azarkeşlərinin ciddi etirazına baxmayaraq topa yaxınlaşan F.Muslera rəqib komandadakı həmkarını məyus edib. Amma Türkiyə mətbuatı, bu hadisə ilə bağlı "imperator"u ciddi tənqid atəşinə tutub.
"Karabükspor" - "Beşiktaş" - 1:1
Qollar: Holosko, 17 (0:1), Yıldız, 24 (1:1)
"Ankaragücü" - "Kayserispor" - 0:5
Qollar: Kuyoviç, 13 (0:1), 34 (0:2), Troisi, 37 (0:3), Bisesvar, 69 (0:4), 81 (0:5)
"Eskişehirspor" - "Mersin İdmanyurdu" - 2:0
Qollar: Kamara, 20 (1:0), Tello, 37 (2:0)
"Samsunspor" - "Sivasspor" - 1:2
Qollar: Fink, 23 (1:0), Eneramo, 34 (1:1), Kılıç, 80 (1:2)
"Bursaspor" - "Qaziantepspor" - 0:2
Qollar: Demir, 55 (0:1), Tosun, 83 (0:2)
"İstanbul BB" - "Gənclərbirliyi" - 1:0
Qol: Vebo, 75 (1:0)
"Fənərbaxça" - "Antalyaspor" - 2:0
Qollar: Sou, 62 (1:0), Bienvenü, 72 (2:0)
"Orduspor" - "Trabzonspor" - 0:0
"Manisaspor" - "Qalatasaray" - 0:4
Qollar: Selcuq, 47-pen (0:1), 77 (0:2), Muslera, 83-pen (0:3), Baroş, 87 (0:4)