Millimiz Rusiyada mətbuat üçün açıq məşq edib

Millimiz Rusiyada mətbuat üçün açıq məşq edib

Xəbər verdiyimiz kimi, futzal üzrə dünya çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün Rusiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Tümen şəhərinə gəlib. Siasport.az saytının məlumatına görə, yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 16:00) Mərkəzi İdman Kompleksində millimizin, saat 18:00-da isə Rusiya yığmasının mətbuat üçün açıq məşqi keçirilib. Saat 19:30-da hər iki komandanın baş məşqçisinin mətbuat konfransı təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə