Milli komandamız “Ümumrusiya Axtarış–Xilasetmə işləri 2012” yarışında iştirak edib

Milli komandamız “Ümumrusiya Axtarış–Xilasetmə işləri 2012” yarışında iştirak edib
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) 6 nəfər idmançısından ibarət Azərbaycan Milli komandası Rusiyanın Soçi şəhərində keçirilən "Ümumrusiya Axtarış–Xilasetmə işləri 2012" macəra yarışlarında iştirak edib. Siasport.az saytının məlumatına görə, yarışda FAİREX-i hələ az təcrübəsi olan komandamız təmsil edib. (Qontyuq Qriqoriy, Zaur Zülfüqarov, Fərzalı Rzayev, İlqar İsrafilov, Şəhriyar Əliyev və Murad Babayev). Ümumilikdə, yarışda 65 komanda olmaqla 400-dən çox idmançı iştirak edib. Artıq 24-cü dəfə keçirilən "Ümumrusiya Axtarış–Xilasetmə işləri 2012" macəra yarış yolunun ümumi uzunluğu 120 km-dən artıq olub.

Qeyd edək ki, 20-yə yaxın komanda bu yarışdan imtina etdi və yarı yoldan geri qayıdıb. Buna baxmayaraq, Azərbaycan komandası ümumi nəticələr üzrə həmin gün 2-ci ən yaxşı nəticəni göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə