Quba Olimpiya İdman Kompleksində yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib və qaliblərə mükafatlar verilib. SİA-nın xəbərinə görə, yarış iştirakçıları ilə görüşən Azərbaycan Cudo Federasiyasının prezidenti, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov dövlət başçı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Azərbaycan idmanına göstərdiyi böyük diqqət və qayğı nəticəsində ölkədə idman sahəsində qazanılan nailiyyətlərdən söz açıb. Nazir 2012-ci ilin respublikada "İdman ili" elan olunması ilə bağlı ölkə rəhbərinin imzaladığı sərəncamın ölkədə idmanın inkişafı üçün daha bir mühüm stimul olduğunu deyib.
Dövlət başçısının idmana davamlı dəstəyi sayəsində əksəriyyəti bölgələrdə olmaqla yaradılan Olimpiya İdman Komplekslərinin sayının ilbəil artdığı qeyd olunub. Bildirilib ki, ölkədə olimpiya hərəkatı daim genişlənir, idmançıları, həmçinin cüdoçuları beynəlxalq turnirlərdə qələbələrə imza atır. Respublikada idmana, o cümlədən cüdoya maraq hissi günbəgün artır, gənclər arasında cüdo populyar idman növünə çevrilir. Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə səyləri nəticəsində bölgələrdə cüdonun inkişafı üçün müvafiq maddi-texniki bazaların potensialı artırılıb. Quba rayonunda yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyinin keçirilməsi də cudo idman növünün respublikanın digər rayon və şəhərlərində daha geniş vüsət alması məqsədini daşıyır.
Qeyd edək ki, hazırda ölkənin 19 şəhər və rayonu üzrə cudo idman növünə 25 nəfər məşqçi və 802 nəfər yeniyetmə cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB