"Bakı 2020" Təşkilat Komitəsi video- konfrans vasitəsilə ərizə kitabını BOK-a təqdim etdi
Bu həftə Bakı 2020 Təşkilat Komitəsi canlı video-konfrans vasitəsilə Beynəlxalq Olimpiya Komitəsinin ekspertlər qrupuna Bakının namizədliyinin təqdimatını keçirdilər.
Bu ilin May ayında 2020 Olimpiya Oyunlarına 5 iddiaçı şəhər arasında rəsmi namizədlərin seçilməsi üçün BOK-un tələbinə uyğun olaraq Təşkilat Komitələrindən müvafiq təqdimatlar tələb olunurdu. Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin seçimi üçün təşkil edilən belə təqdimat BOK tərəfindən ilk dəfə tətbiq edilir. Bakı, Doha, İstanbul, Madrid və Tokio şəhərlərinin Təşkilat Komitələrinin hər biri 15 dəqiqə ərzində canlı video-konfrans vasitəsilə ərizə kitablarının texniki cəhətləri haqqında ətraflı məlumat, 30 dəqiqə ərzində isə BOK tərəfindən qaldırılan suallara cavab verməli idilər.
Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun rəhbərliyi ilə Bakı 2020-nin texniki təqdimatı üçün təşkil edilən heyətdə Bakı-2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva, Mədəniyyət və Turizm Nazirinin Müavini Nazim Səmədov, AFFA-nın Baş Katibi Elxan Məmmədov, ARDNŞ-in Layihələrin İdarəedilməsi şöbəsinin müdiri Elməddin Dadaşov və Bakı-2020 ekspertlər qrupunun üzvü Devrim Kara iştirak edirdilər. Təqdimatın uğurlu keçdiyini qeyd edən Nazir A. Rəhimov bildirmişdir: "Mütəxəssislərimiz yüksək səviyyəli təqdimat hazırlamışdılar və deyə bilərəm ki, Beynəlxalq Olimpiya Komitəsinin Ekspertlər Qrupu təqdimatımızı çox müsbət qarşıladı. Qarşımızda duran növbəti geniş təqdimat isə Milli Olimpiya Komitələri Assosiasiyasının Moskvada keçiriləcək Baş Assambleyasında baş tutacaq. 1000 nəfərin iştirak edəcəyi həmin toplantıda Təşkilat Komitəmiz 10 dəqiqəlik təqdimat edəcək."
Qeyd edək ki, "BOK"-un qaydalarına əsasən texniki təqdimatın məzmunu məxvi saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB