Yeniyetmə futbolçularımız Almaniyada böyük hesablı qələbə qazanıb

Yeniyetmə futbolçularımız Almaniyada böyük hesablı qələbə qazanıb
Almaniyanın Frankfurt şəhərində təlim məşq-toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan U-16 yığması "Rheinland-Auswahl" klubunun U-16 komandası ilə yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, qarşılaşma 6:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Qeyd edək ki, komandamızın heyətində çıxış edən Elnur Cəfərovun het-trik etdiyi oyunda hərəyə bir dəfə Mahir Mədətov, Roman Hüseynov və Umar Akmurzayev fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə