16 yaşlılardan ibarət Azərbaycan çempionatının 21-ci turu çərçivəsində doğma meydanda "Lokomotiv"i qəbul edən "Bakı" növbəti qələbəsini qazandı. Siasport.az saytının məlumatına görə, klubun təlim-məşq bazasında keçirilən oyun "Bakı"nın üstünlüyü şəraitində keçib. Qarşılaşmanın 9-cu dəqiqəsində Bilal Qəmbərovun qolu ilə irəli çıxan "Bakı"nın U-16 komandası bundan sonra da üstünlüyünü davam etdirib.
Qeyd edək ki, ikinci hissəyə də fəal başlayan Adnan Yazıçıoğlunun yetirmələri 71-ci dəqiqədə hesabı artırıb. 71-ci dəqiqədə Müşviq İlyasov fərqlənib. Bu qələbədən sonra liderliyini davam etdirən "Bakı" 49 xalla turnir cədvəlinin zirvəsində məskunlaşıb.
Xatırladaq ki, "Bakı"nın U-16 komandası bu oyunlarda 76 qol vurub, 19 qol buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB