"Qəbələ" Futbol Akademiyasının məşqçilər korpusu Donetskdə keçirilən Beynəlxalq məşqçilik konqresində iştirak ediblər. Siasport.az saytının məlumatına görə, Recep Yazıcı (baş məşqçi assistenti), Uğur Kurt (qapıçı məşqçisi), Sənan Qurbanov (U-11 məşqçisi), Zaur Hacıyev (U-10 məşqçisi), Şəhruz Mustafayev (U-9 məşqçisi) qatıldığı və "Şaxtyor" Akademiyası, "Mançester Siti", "Portu", "Verder Bremen" nümayəndələrinin təqdimatında baş tutan konqresdə müxtəlif ölkələri təmsil edən 400 məşqçi iştirak edib.
Qeyd edək ki, məşqçilərin ustalıq səviyyəsinin, nəzəri və praktiki biliklərinin artırılması məqsədi ilə gerçəkləşən səfər "Şaxtyor" – "Qəbələ" əməkdaşlığı çərçivəsində baş tutub.
Xatırladaq ki, məşqçi heyətinin ustalıq səviyyəsinin artırılmasına xüsusi diqqət ayıran "Qəbələ" FK bu sahədə "Barselona" ilə də əməkdaşlıq edir. Sözügedən əməkdaşlıq çərçivəsində əvvəlcə İspaniya klubunu təmsil edən məşqçilər heyəti Qəbələdə olaraq nəzəri-praktiki məşğələlər təşkil edib. Daha sonra isə "Qəbələ" Futbol Akademiyasının məşqçilər korpusu Barselonaya səfər etmiş və İspaniya nəhənginin futbol ənənələri ilə yaxından tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB