UEFA Avropa Liqasında ¼ finalının cavab qarşılaşmalarının ardından yarımfinalçılar məlum oldu. "Valensiya" meydanında "AZ Alkmaar"ın 15 və 17-ci dəqiqələrdə Rami, 56-cı dəqiqədə Jordi Alba və 80-ci dəqiqədə Pablo Hernandezin vurduğu qollarla 4:0 hesablı məğlub dərək finala yüksəldi. Bu iki komanda arasında baş tutan ilk qarşılaşma "AZ Alkmaar"ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Qeyd edək ki, İspaniyada "Atletik Bilbao" – " Şalke" mübarizəsi 2:2 heasabı ilə qurtarıb. "Şalke"nin qollarını 29-cu dəqiqədə Huntelar və 52-ci dəqiqədə Qonzales vurub. Lakin, "Atletik Bilbao" 41-ci dəqiqədə Qomez və 52- ci dəqiqədə Susaeta ilə bərabərliyi əldə etdi. İlk görüşdə 4:2 hesabı ilə qalib gələn "Atletik Bilbao" turu keçən tərəf oldu.
"Metallist" – " Sportinq Lizbon" matçı 1:1 hesabı ilə başa çatdı. İlk oyunda rəqibi üzərində 2:1 hesablı üstünlük əldə edən "Sportinq Lizbon"da turu keçib.
¼ finalda baş tutan digər oyunda isə "Atletiko Madrid" rəqib meydanında "Hannover"i ilk qarşılaşmada olduğu kimi, yenə 2:1 hesabı ilə qələbə qazandı və yarımfinala yüksələn tərəf oldu.
Beləliklə, yarımfinalda "Atletika Madrid" (İspaniya) ilə "Valensiya"(İspaniya), "Sportinq Lizbon" (Portuqaliya) ilə "Atletik Bilbao"(İspaniya) bir-biri ilə mübarizə aparmalı olacaq.
Məlumat üçün bildirək ki, Liqanın yarımfinalında ilk qarşılaşmaları aprelin 19-da, ikinci görüş isə 26-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB