"Bakı" "Neftçi" ilə səfər oyununun hazırlıqlarını klubun təlim-məşq bazasında davam etdirir. Siasport.az saytının məlumatına görə, Novruz Əzimovun yetirmələrinin hazırlığı klubun təlim-məşq bazasının təbii örtüklü meydanında baş tutub və bir saat davam edib. Fiziki hərəkətlərlə başlayan məşq toplu hərəkətlərlə davam edib.
Məlumat üçün bildirək ki, məşqdə zədə səbəbindən kənarda qalan Elvin Əliyev, 21 yaşlılardan ibarət milli komandanın düşərgəsində olan Novruz Məmmədov və Rəhman Hacıyev məşqdə iştirak edə bilməyib. İspaniyalı hücumçu Koke isə yüngül zədə səbəbindən fərdi məşq keçib.
Qeyd edək ki, Elvin Əliyev yeni cərrahiyə əməliyyatı keçirib və meydana dönəcəyi vaxt 15 gün sonra bilinəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB