"Xəzər Lənkəran" Unibank Premyer Liqasının XXVII turunda "Qəbələ" ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, Aprelin 7-dəki matça qonaq qismində çıxacaq komanda özü üçün bütövlükdə uğurlu hesab oluna bilən məkana qədəm qoyacaq. Belə ki, 8 illik tarixində ilk və hələlik yeganə çempionluğunu 2006/07 mövsümündə qeyd edən "Xəzər Lənkəran" son turda məhz Qəbələdə oynayıb. Qeyd edək ki, həmin vaxt güclülər dəstəsinin debütantı olan Qəbələ təmsilçisi üzərində qələbə "Xəzər Lənkəran"a çempionluq gətirib. Ümumilikdə götürdükdə Qəbələ səfərləri "Xəzər Lənkəran" üçün uğurlu alınıb. Son 2 oyunda qələbəni meydan sahibləri bayram edib. Lakin, buna qədərki 6 matçda 4 dəfə "Xəzər Lənkəran" qalib gəlib və 2 dəfə 1 xalla kifayətlənib. Cənublular səfərdə rəqib qapısına az qala 2 dəfə çox qol vurub – 12:7.
Məlumat üçün bildirək ki. "Qəbələ" ilə çempionat və kubokdakı oyunların ümumi balansına gəlincə isə Lənkəran təmsilçisi 16 dəfə bu rəqiblə görüşüb. 10 dəfə qalib gələn "Xəzər Lənkəran" daha 3 dəfə "sülh"lə razılaşıb və yalnız 3 dəfə məğlub olub. Top fərqində gəldikdə isə üstünlük yenə Cənubluların tərəfindədir – 28:13.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB