Qeyd edək ki, final mərhələsinin ilk dövrəsinin sonuncu oyun öncəsi "Qarabağ"ın meydanın mərkəzindəki "dinamo"su Namiq Yusifovdan görüş haqqında fikirlərini klubun rəsmi internet saytına bildirib. Həmin fikirləri oxucularımıza təqdim edirik: ""İnter"lə oyun çox çətin olacaq. Rəqibimiz heç şübhəsiz, cari mövsüm ən böyük sürprizə imza atmış komandadır. Olduqca mobil təsir bağışlayırlar. Bu heyətlə çempionluğa oynayacaqlarını yayda heç kim gözləmirdi. Amma göründüyü kimi Kaxaber Tsxadadzenin yetirmələri çoxlarına baş ağrısı oldu. Düzdü, son zamanlar elə də qənaətbəxş çıxış etmirlər. İndi vəziyyəti düzəltmək üçün daha çox çalışacaqlar. Bu bizim əleyhimizə ola bilər. Ona görə də oyuna maksimum köklənməliyik. Biz də uzun müddətdir məğlub olmuruq. Bu haqda düşünmürük də. Amma futbolda hər şey olur. Meydana qələbə üçün çıxacağıq. Amma məlumdur ki, `İnter` evdə qələbə qazanmaq üçün hər şey edəcək. Olduqca gərgin bir oyun bizi gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB