U-21 Helsinkidə qələbə qazanıb

U-21 Helsinkidə qələbə qazanıb

Finlandiyanın paytaxtı Helsinki şəhərində 21 yaşadək futbolçulardan ibarət Finlandiya və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Siasport.az saytının məlumatına görə, qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Məlumat üçün bildirək ki, qarşılaşmada vurulan yeganə qolun müəllifi komandamızın heyətində çıxış edən Elnur Abdulov olub.

Bütün xəbərlər Facebook səhifəmizdə