Basketbol üzrə Bakı şəhər birinciliyi keçirilib

Basketbol üzrə Bakı şəhər birinciliyi keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq 1995-96, 1997-98, 1999-2000 – ci il təvəllüdlü idmançılar arasında basketbol üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda "Səbail UGİM", "Renat İK", "Makkabi İK", "Təhsil RİM", "Sabunçu UGİM", "Qaradağ UGİM", "Neftçi İSM", "Nərimanov UGİM" və digər komandaları təmsil edən 423 idmançı (303 oğlan,120 qız) mübarizə aparıb.

Qeyd edək ki, birincilikdə 1995-96-cı il təvəllüdlü oğlan idmançılar arasında I yerə "Makkabi İK", II yerə "Təhsil RİM", III yerə "Sabunçu UGİM", qız idmançılar arasında I yerə "Neftçi İSM", II yerə "Nərimanov UGİM", III yerə "Sabunçu UGİM", 1997-98 – cı il təvəllüdlü oğlanlar arasında I yerə "Makkabi İK", II yerə "Səbail UGİM", III yerə "Təhsil RİM", qızlar arasında I yerə "Neftçi İSM", II yerə "Nərimanov UGİM", III yerə "Xətai UGİM", 1999-2000 – ci il təvəllüdlü oğlanlar arasında I yerə "Təhsil RİM", II yerə "Sabunçu UGİM", III yerə "Renat İK", qızlar arasında "Neftçi İSM", II yerə "Xətai UGİM", III yerə "Qaradağ UGİM" layiq görülüb.

Məlumat üçün bildirək ki, yarışda I, II və III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə