“İnter” “Qarabağ”la oyunun hazırlıqlarına başlayıb

“İnter” “Qarabağ”la oyunun hazırlıqlarına başlayıb
Unibank Premyer Liqasının XXVII turunda "Qarabağ"la qarşılaşacaq "İnter" klubu artıq məşqlərə başlayıb. Siasport.az saytının məlumatına görə, Azərbaycanın gənclərdən ibarət milli komandasının düşərgəsinə yollanan Səlahət Ağayev və Elnur Abdulov isə baş tutan məşqlərə qatılmayıb.

Qeyd edək ki, məşq prosesi isinmə hərəkətləri ilə başlayıb, fiziki və topla hərəkətlərin yerinə yetirilməsi ilə davam etdirilib.

Məlumat üçün bildirək ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da tribunadan məşq prosesini izləyib.

Əlavə edək ki, "İnter"-"Qarabağ" matçı aprelin 7-də saat 16.00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə