Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunda üzgüçülük üzrə "Şən delfin" Bakı şəhər yaz birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, birincilikdə "Təhsil RİM", "AzDBTİA", "Xətai UGİM", "Neftçi İSM", "Sərhədçi OİK", Aura İK, "Hövsan OİK", "MOİK" kimi 8 komandanı təmsil edən 67 idmançı (17 qız, 50 oğlan) iştirak edib.
Qeyd edək ki, üzgüçülük üzrə "Şən delfin" Bakı şəhər yaz birinciliyində 100 m qarışıq üsulla I yerə qızlar arasında Arkaniya Liya (Təhsil RİM), oğlanlar arasında Mikayılov Ələfsər (Sərhədçi OİK), 200 m kompleks üsulla qızlar arasında I yerə Andruşenko Anna (Aura İK), oğlanlar arasında I yerə Ataş İbrahim (Təhsil RİM), 50 m batterflyay üsulla qızlar arasında I yerə Arkaniya Liya (Təhsil RİM), oğlanlar arasında I yerə Rəhimov Paşa (Sərhədçi OİK), 100 m batterflyay üsulla qızlar arasında I yerə Andruşenko Anna (Aura İK), oğlanlar arasında I yerə Ataş İbrahim (Təhsil RİM), 50 m arxa üstə üsulla qızlar arasında I yerə Bayramova Medeya (Təhsil RİM), oğlanlar arasında I yerə Xələfli Ziyad (MOİK), 100 m arxa üstə üsulla qızlar arasında I yerə Musayeva Elnarə (Aura İK), oğlanlar arasında I yerə Kərimov Nicat (Təhsil RİM), 50 m brass üsulla qızlar arasında I yerə Quliyeva Nigar (Sərhədçi OİK), oğlanlar arasında I yerə Mustafayev Mikayıl, 100 m brass üsulla oğlanlar arasında I yerə Həmidli Əli (Təhsil RİM), 50 m sərbəst üsulla qızlar arasında I yerə Şarapova Mədinə (Neftçi İSM), oğlanlar arasında I yerə Mikayılov Ələfsər (Sərhədçi OİK), 100 m sərbəst üsulla oğlanlar arasında I yerə Kalyayev Teymur (MOİK) layiq görülüb.
Məlumat üçün bildirək ki, I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB