Argentinalı Leonel Messi futbol üzrə Çempionlar Liqasının ¼ finalının cavab qarşılaşması çərçivəsində komandası "Barselona"nın "Milan" qarşı matçında iki dəfə penaltidən fərqlənməklə turnirin yeni rekordunu müəyyənləşdirib. Belə ki, o, ÇL tarixində bir mövsümdə ən çox top vuran futbolçu olub. Hazırda forvardın hesabında 14 qol var.
Qeyd edək ki, argentinalı əvvəllər 12 qolla sıralamada hollandiyalı Ruud Vaan Nisterloyla eyni pilləni bölüşürdü. Messi rekordu 2010-2011-ci illər mövsümündə təkrarlamışdı. Hollandiyalı isə eyni uğura 2002-2003-cü illərdə "Mançester Yunayted"in tərkibində çıxış edərkən imza atmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB