Unibank Premyer Liqasının XXVI turu çərçivəsində "İnter"lə ev oyunu "Xəzər Lənkəran" üçün əlamətdar oldu. Siasport.az saytının məlumatına görə, karyerasında baş məşqçi kimi 200-cü oyuna çıxıb qələbə sayəsində topladığı xalların sayını 300-ə çatdıran "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovla yanaşı klub tarixində əlamətdar hadisə qeydə alınıb. Belə ki, qarşılaşmada vurulan 2-ci qol Cənubluların Azərbaycan çempionatlarında vurduğu 350-ci – yubiley qolu oldu. Bu tarixi qol portuqaliyalı futbolçu Eder Bonfimdən gəlib.
Xatırladaq ki, 2004/05 mövsümündə çempionatda debüt edən "Xəzər Lənkəran" bu matçadək 348 dəfə fərqlənmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB