Misirin Şarm əl Şeyx şəhərində Ümumdünya Taekvondo Federasiyası (WTF) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Taekvondo Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, yığıncaqda WTF-in vitse-prezidenti, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov iştirak edib. İclasda döyüşlərə tətbiq edilən yeniliklərə və qarşıdakı rəsmi yarışların təqviminə aydınlıq gətirilib. Şarm əl Şeyx Beynəlxalq Konqres Mərkəzində, WTF-in XXlll Baş Assambleyasında isə Dünya Taekvondo Federasiyası İcraiyyə komitəsinin qərara aldığı məsələlər açıqlanıb. Təşkilatın 74 ölkəsinin nümayəndələrinin qatıldığı məsul yığıncaqda WTF-in İcraiyyə Komitəsinin üzvü, ATF-in birinci vitse-orezidenti Füzuli Musayev də iştirak edib. Assambleyada əsasnəmənin bəzi bəndlərində nəzərdə tutulan dəyişikliklər səsvermə ilə qəbul olunub. Sonda WTF-in prezidenti doctor Çunqvon Çou, olimpiadaya lisenziya götürən ölkələri təbrik edərək uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB