Unibank Premyer Liqasının XXVI turu çərçivəsində "Xəzər Lənkəran"la oyundan sonra "İnter" klubu həm oyunçu, həm də maddi cəhətdən cərimələnib. Siasport.az saytının məlumatına görə, AFFA-nın Nizam İntizam Komissiyasının qəbul etdiyi qərara əsasən, matçın 85-ci dəqiqəsində "İnter" klubunun 4 №-li futbolçusu Valeri Abramidze hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanıb, klub isə 4000 manat cərimə olunub.
Qeyd edək ki, futbolçuya verilmiş cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və futbolçuya 6 aylıq sınaq müddəti verilir.
Məlumat üçün bildirək ki, sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB