"Xəzər Lənkəran” mart sindromunu qırıb

"Xəzər Lənkəran” mart sindromunu qırıb
Premyer Liqanın XXVI turunun "İnter"lə oyununda 2:0 hesabı ilə qalib gələn "Xəzər Lənkəran" uğursuz seriyaya son qoydu. Siasport.az saytının məlumatına görə, komanda son 5 matçda qələbə qazana bilmirdi. Cəmi 25 gün əvvəl – martın 7-də səfərdə "Turan"ı 1:0 hesabı ilə üstələdikdən sonra "Xəzər Lənkəran" 5 qarşılaşmaya çıxmışdı. Məlumat üçün bildirək ki, bu qarşılaşmalarda Cənublular qələbəsizlik sindromuna düçar olmuşdu. Nəhayət ki, bu sindromu qıran komanda bu dəfə öz meydanında – "İnter"lə görüşdə 3 xalı bayram etdi. Qeyd edək ki, "Xəzər Lənkəran" Premyer Liqada martın 11-də səfərdə "Qarabağ"a, 8 gün sonra isə evdə "Bakı"ya hər ikisində 0:1 hesabı ilə məğlub olduqdan sonra martın 24-də "Neftçi"nin meydanından 1 xalla dönmüşdü – 1:1. Xatırladaq ki, "İnter"lə martın 14 və 28- dəki kubok matçları isə uğursuz alınmışdı – 2:3 və 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə