Bu gün səhər "Beşiktaş"ın baş məşqçisi postundan istefaya göndərilən Karlos Karvalhal, jurnalistlər üçün sonuncu mətbuat konfransı keçirib. Siasport.az saytı xəbər verir ki "Beşiktaş"ın bazasında, İstanbul klubunun futbol komitəsinin koordinatoru ilə Tamer Kıran ilə birgə mətbuat konfransı keçirən portuqaliyalı futbol mütəxəssisi bildirib ki, o "Beşiktaş"dakı məşqçilik fəaliyyətini yalnız yaxşı təəsüratlarla xatıralayacaq. Daima ona göstərilən dəstəyə görə hər bir "Beşiktaş" azarkeşinə minnətdarlığını bildirən K.Karvalhal bildirib ki, komandanın sükanı arxasında olduğu 8 ay ərzində daima azarkeşlərin güclü dəstəyini hiss edib. Xüsusi ilə ona və ailəsinə göstərilən diqqətə görə bütün türk xalqına minnətdarlığını bildirən K.Karvalhal, Tayfur Havutçunun rəhbərliyi altında komandanın gələcəkdə böyük uğurlar qazanacağına əmin olduğunu dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB