AFFA-nın Nizam İntizam Komissiyası növbəti qərarını verib. Siasport.az saytının məlumatına görə, XX Azərbaycan Kubokunun "Neftçi" – "Kəpəz" matçı başa çatdıqdan sonra matçın protokolunda "Neftçi" klubu matçın yekunu ilə bağlı öz etirazını bildirib. Belə ki, matçın 79-cu dəqiqəsində "Kəpəz" klubunun 5 №-li futbolçusu Əli İsmayılov "Neftçi" klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidova qarşı aqressiv hərəkət etdiyinə görə, "Neftçi" klubunun futbolçusu isə onu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıqları üçün hər iki futbolçu AFFA-nın Nizam İntizam Komissiyasının qərarı ilə 3 oyunluq cəzalanıb. Bundan əlavə, "Kəpəz" klubu 3000 manat, "Neftçi" klubu isə 2000 manat cərimə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB