Bu axşam kim güclü olacaq, "Milan" yoxsa "Barselona"?

Bu axşam kim güclü olacaq, "Milan" yoxsa "Barselona"?
Bu gün axşam UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, futbol azarkeşləri, İspaniyada yerli "Barselona" və İtaliyanın "Milan" futbol klubları arasında keçiriləcək cavab qarşılaşmasını səbirsizliklə gözləyirlər. İtaliyada keçirilən ilk qarşılaşmada tərəflər meydandan qolsuz bərabərliklə ayrıldıqları üçün, işi daha çətin olan komanda "Barselona"dır. çünki ilk qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacaran "Milan, cavab oyununda katalonların qapısına yol taparsa, onda "Barselona"nın yarımfinala yüksəlmək şansı çətinə düşəcək.
Digər bir qarşılaşmada isə, "Bayern Münhen" Fransa "Marsel"ini sınağa çəkəcək. Fransada keçirilən ilk qarşılaşmada rəqibi üzərində 2:0 hesablı qələbə qazanan alman təmsilçisi, bu qarşılaşmada favorit tərəf kimi göstərilir. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə