Georgi Çıxradze futbolçulara bir günlük istirahət verib

Georgi Çıxradze futbolçulara bir günlük istirahət verib
Dünən bir saatlıq məşqə çıxan "Simurq" komandası yüngül bərpaedici hazırlıq keçib. Siasport.az saytının məlumatına görə, XXVI turda zədələnərək meydanı tərk edən Qərib İbrahimov və Andreys Rubinsdən başqa bütün futbolçular məşqdə iştirak edib. Məlumat üçün bildirək ki, bundan sonra "Simurq" PFK-nın baş məşqçisi Georgi Çıxradze futbolçulara bir günlük istirahət verib. Qeyd edək ki, Zaqatala təmsilçisi artıq sabahdan məşqləri bərpa edəcək və "Rəvan"la oyuna hazırlıqları davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə