İtaliyada danışılmış oyunlarla bağlı qalmaqal səngimir. Siasport.az saytı xəbər verir ki, dünən axşam daha bir futbolçu danışılmış oyun alqı-satqısına görə həbs olunub. Belə ki, "Atalanta"nın təcrübəli futbolçusu Andrea Masiello, oyun alqı-satqısında ittiham olunaraq həbs olunub. Məlumata əsasən, təcrübəli futbolçuya qarşı Bari şəhər prokurluğunda, keçən il heyətində çıxış etdiyi "Bari" klubundakı qarşılaşmalarda oyun alqı-satqısında vasitəçilik etmək üzrə ittiham irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB