Qızlar və oğlanlar arasında şahmat üzrə Bakı şəhər birinciliyinə start verildi- Fotosessiya

Qızlar və oğlanlar arasında şahmat üzrə Bakı şəhər birinciliyinə start verildi- Fotosessiya
Bu gün 8 yaşadək oğlan və qızlar arasında Bakı Birinciliyinə start verildi. Respublika Şahmat Mərkəzinin baş hakimi Nurəli Məmmədzadənin Siasport.az saytına verdiyi xəbərə görə, yarış aprelin 9-a qədər davam edəcək.

Qeyd edək ki, baş hakimin dediyinə görə, birincilikdə Bakı şəhərinin rayonlarını əhatə edən aşağıda adları göstərilən komandalar iştirak edir: "RSM", "AHITA", "RSM", "Neftci", "Nizami", "K-U", "RSM", "Aura IK", "K-B", "Şağan".

Məlumat üçün bildirək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə