İstanbulun "Qalatasaray" futbol klubunun braziliyalı futbolçusu Felipo Melo, Türkiyədəki futbol həyatı ilə bağlı bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, braziliyalı ulduz futbolçu, Braziliyanın "Sporesportes" idman internet portalına verdiyi açıqlamada bildirib ki, "Yuventus"dan ayrılarkən onun Fransanın "PSJ" və Madridin "Real" klubuna keçidi də gündəmdə olub. Amma "Qalatasaray"ın israrlı transfer istəyi onu İstanbula gətirib: "Bu seçimimə görə yanımamışam. Türkiyə həm yaşamaq üçün, həm də futbol oynamaq üçün əla yerdir. Ailəm də buranı sevir. Burada bəyəndiyim ən yaxşı braziliyalı futbolçu "Fənərbaxça"nın kapitanı Aleks de Souzadır. Olduqca yüksək futbolçu texnikasına sahibdir. Onu saxlamaq mümkün deyil. Amma onun komandası bu il heç bir derbidə bizə qalib gələ bilməyib. Komandamdakı futbol həyatımdan razıyam. Mən hələ uzun illər "Qalatasaray"da qalmaq istərdim"-deyə F.Melo fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB