Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığma komandası yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, "Maynts 05" klubunun U-16 komandası ilə keçirilən qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Məlumat üçün bildirək ki, qollardan birinin müəllifi Elnur Cəfərov olub. Digər qolu isə Almaniya təmsilçisinin üzvü öz qapısından keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB