AZAL klubunun məşqçiləri istefa verdi

AZAL klubunun məşqçiləri istefa verdi

AZAL PFK-dan verilən məlumata görə bu gün klub rəhbərliyi ilə məşqçilər korpusunun üzvlərinin görüşü keçirilib. Siasport.az saytının məlumatına görə, qısa sürən görüşdə baş məşqçi Rafiq Mirzəyev və onun köməkçiləri komandadan getmək istədiklərini rəhbərliyə çatdırıblar. Belə ki, onlar rəsmi ərizə ilə müraciət edərək tutduqları vəzifədən istefa verdiklərini bildiriblər. Klub rəhbərliyi məşqçilər korpusunun istefasını qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə