Fuad İsmayılov: “Dəstəyə görə azarkeşlərimizə minnətdaram ”- Münasibət

Fuad İsmayılov: “Dəstəyə görə azarkeşlərimizə minnətdaram ”- Münasibət

Bu gün Unibank Premyer Liqasının son qarşılaşması "Kəpəz"lə "Rəvan" arasında keçirildi. Siasport.az saytının məlumatına görə, turun sonuncu oyununda Gəncə təmsilçisi paytaxt təmsilçisini 1:0 hesabı ilə məğlub etdi.

Qeyd edək ki, bundan sonra klubun baş məşqçisi Fuad İsmayılov oyuna münasibət bildirib. Həmin açıqlamanı oxucularımıza təqdim edirik: "Eyni səviyyəli komandaların oyununu izlədik. Komandamı qələbə münasibəti ilə təbrik edirəm, gözəl oyuna görə təşəkkür edirəm. 90 dəqiqə ərzində göstərdikləri dəstəyə görə azarkeşlərimizə minnətdaram. Qarşıdakı oyunlarda da yaxşı oynamağa çalışacağıq ".

Bütün xəbərlər Facebook səhifəmizdə