Azərbaycan-Rusiya cavab qarşılaşmasını idarə edəcək hakimlər məlum oldu
Futzal üzrə dünya çempionatının play-off mərhələsinin Azərbaycan – Rusiya cavab oyunu aprelin 9-da keçiriləcək. Siasport.az saytının məlumatına görə, görüş Rusiyanın Tümen şəhərində, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.
Məlumat üçün bildirək ki, qarşılaşmanı çexiyalı hakimlər- Karel Heniç, Yan Kresta, Radek Venç idarə edəcək.
Hakim-inspektor Hollandiyalı Antonius Van Eekelen, həmçinin UEFA nümayəndəsi serbiyalı Zoran Dimiç olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB