“İnter”dən 1 aprel zarafatı

“İnter”dən 1 aprel zarafatı
"İnter" klubu futbolsevərlər üçün 1 aprel zarafatı edib. Siasport.az saytının məlumatına görə, " 1 aprel Beynəlxalq Gülüş Günü"ndə "İnter" klubu rəsmi internet saytına olduqca maraqlı ("İnter" xarici əlaqələrini genişləndirir" başlıqlı) xəbəri yerləşdirib. Həmin xəbəri oxucularımıza təqdim edirik: "Fələstin milli komandasının Azərbaycan yığmasına qarşı keçirdiyi ilhamverici oyununun təsiri altında "İnter"PİK-in prezidenti Georgi Nikolov yeni futbol istedadlarının axtarışı məqsədilə bu ölkəyə səfərə yollanıb. Cənab Nikolov səfəri zamanı "Əl-Blast", "Əl-Hun" və "Əl-kRoket" komandalarının bazalarına baş çəkib. İdmançı mübadiləsi sahəsində klublar arasında müqavilələr imzalanıb. Xatırladaq ki, Fələstin "İnter"PİK-in xarici klublarla qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaradılması sahəsində artıq üçüncü layihəsidir. İlk münasibətlər 2008-ci ildə Tonqa krallığıyla ("İnter Tonqapatu"), ikincisi isə 2009-cu ildə Əfqanıstanla("Kabul" PİK) yaradılmışdı. "Bankirlər" çox ümidlər vəd edən layihədən artıq ilk nəticələr gözləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə