Yunis Hüseynov: “Çox gərgin oyun alındı”

Yunis Hüseynov: “Çox gərgin oyun alındı”

Premyer Liqanın 26-cı turu çərçivəsində "Xəzər Lənkəran" öz meydanında "İnter"i 2:0 hesabı ilə məğlub etdikdən sonra cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov klubun rəsmi internet saytına açıqlama verib. Siasport.az saytının məlumatına görə, oyunun gərgin keçdiyini deyən baş məşqçi bu fikirləri ifadə edib: "Bir həftə ərzində "İnter"ə qarşı ikinci oyunumuz idi. Bir komandaya qarşı qısa müddətdə iki oyun oynamaq çətindi. Çox gərgin oyun alındı. Bununla belə, üstün oyun sərgiləyə bildik. Bir neçə gün əvvəl kubok oyununda rəqib qapımız qarşısında cəmi bir neçə epizod yaratdı. Bugün də demək olar ki, onların qol imkanı olmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə