Xəbər verdiyimiz kimi, Unibank Premyer Liqasının XXVI turu çərçivəsində keçirilmiş "Qarabağ" – "Neftçi" oyunu qolsuz bərabərliklə başa çatıb. Siasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi internet saytına açıqlama verib. Həmin açıqlamanı oxucularımıza təqdim edirik: "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin "Qarabağ"la oyun sonrası fikirləri: "Qarabağ"la qarşılaşmalarımız həmişə maraqlı olub. Çünki onlar antifutbol oynamır. Bu gün də çox gərgin bir matçın şahidi olduq. Bahodir Nasimovun vurduğu qolun niyə qeydə alınmadığını bilmədim. Hər halda 1 xal qazandıq və liderliyimizi qoruduq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB