"Bild" nəşri: "Ariyen Robben 2015-ci ilə qədər "Bavariya"da qalacaq"

"Bild" nəşri: "Ariyen Robben 2015-ci ilə qədər "Bavariya"da qalacaq"
Almaniyanın "Bayern Münhen" futbol klubu, daha bir təcrübəli futbolçusu ilə müqavilə müddətini uzadıb. Siasport.az saytı xəbər verir ki, hollandiyalı təcrübəli futbolçu Ariyen Robben, 2015-ci ilə qədər "Bavariya"nın şərəfini qoruyacaq. 28 yaşlı hollandiyalı futbolçu ilə müqavilənin müddətinin uzadılması barədə məşhur "Bild" nəşri bu günkü sayında məlumat yayıb. Alman nəşri iddia edir ki, klub rəhbərliyi onun bacarıqlı futbolçu kimi daha uzun illər komandaya fayda verə biləcəyini düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə