“Xəzər Lənkəran” final mərhələsində qələbə qazandı

“Xəzər Lənkəran” final mərhələsində qələbə qazandı
Unibank Premyer Liqasının XXVI turu çərçivəsində "Xəzər Lənkəran" klubu "İnter"i qəbul etdi. Siasport.az saytının məlumatına görə, Lənkəran şəhər stadionunda baş tutan oyunda "Xəzər Lənkəran" yeni baş məşqçisi Yunis Hüseynovun rəhbərliyi altında ilk qələbəsini qazandı. Oyunun ilk dəqiqələri "Xəzər Lənkəran"ın daha çox hücum etməsi ilə yadda qalıb. Lakin cərimə meydançasına qədər yaxşı gələn futbolçular, həlledici ötürmə verməkdə bir qədər problem yaşayırdılar. Qarşılaşmada hesabı Doman açıb. Belə ki, o, 11 metrlik zərbədən topu dəqiq qapıya nişan aldı.

Qeyd edək ki, Roberto Alviz mərkəzlə irəliləyərək rəqib futbolçularından uğurla yayındı və sağ cinahda açılan Ederi gördü. Braziliyalı müdafiəçi isə qapıçı ilə təkbətək qalaraq şansını əldən vermədi. Hesab 2:0 oldu. Oyun elə bu hesabla da başa çatdı.

Məlumat üçün bildirək ki, "Xəzər Lənkəran" final mərhələsində ilk qələbəsini əldə edə bildi. Bu həm də Yunis Hüseynovun komandanın baş məşqçisi postunda ilk qələbəsi oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə