Novruz Əzimov: “Fatih Kavlakın təəssüfünü bölüşürəm”- Münasibət

Novruz Əzimov: “Fatih Kavlakın təəssüfünü bölüşürəm”- Münasibət

Xəbər verdiyimiz kimi, Unibank Premyer Liqasının 26-cı turunda "Bakı" Futbol Klubu doğma meydanda "Qəbələ" komandasını qəbul etdi. Siasport.az saytının məlumatına görə, ilk hissədə 1:0 hesabı ilə məğlub durumda olan "Bakı" oyunda dönüş yaradaraq 2:1 hesabı ilə "Qəbələ" üzərində qələbə qazandı.

Qeyd edək ki, qarşılaşmadan sonra klub televiziyasına müsahibə verən baş məşqçi Novruz Əzimov komandasının oyunu haqda fikirlərini belə ifadə edib: "Bu gün bəxt də tərəfimizdə oldu. Lakin, bu, o demək deyil ki, qələbəyə layiq deyildik. Mövsümü 5-ci pillədən daha yuxarıda başa vurmaq istəyirik. Bunun üçün də hər növbəti görüşdə qələbə qazanmağa çalışacağıq. Fatih Kavlakın təəssüfünü bölüşürəm, son saniyələrdə məğlub olmaq həmişə çətindir".


Bütün xəbərlər Facebook səhifəmizdə